Dərinin Təmizlənməsi üçün bu Resseptləri təklif edirik:
Südlü zərdab
- Tələb olunur: südlü zərdab.
- Hazırlama qaydası: bir tikə pambığı zərdabda islatmaq.
- Tətbiqetmə: Üzü silmək, 15-20 dəqiqədən sonra sərin su ilə yuyunmaq.
Soyuq süd
- Tələb olunur: 30 ml süd, 30 ml su.
- Hazırlama qaydası: soyuq südü su ilə qatmaq.
- Tətbiqetmə. Pambıq tamponunu durulaşdırılmış süddə isladıb, üzü silmək.
Cəfəri həlimi
- Tələb olunur: 200 q cəfəri göyərtisi, 500 ml su.
- Hazırlama qaydası: cəfəri göyərtisini xırdalamaq, üzərinə su tökmək, oda qoymaq və 15 dəqiqə qaynatmaq. Süzmək. Həlimi soyuducuda saxlamaq.
- Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.
Əzvay həlimi
- Tələb olunur: 3 iri əzvay yarpağı, 1,5 litr su.
- Hazırlama qaydası: əzvay yarpaqlarını soyuducuda 7 gün saxlamaq, yumaq və üzərinə soyuq su tökmək, 2 saat saxlamaq. Vaxt tamam olduqda zəif odda qaynadıqdan sonra daha 5 dəqiqə qaynatmaq. Hazır həlimi süzmək, soyutmaq. Soyuducuda saxlamaq.
- Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.
Kətan toxumu həlimi
- Tələb olunur: 1 çay qaşığı kətan toxumu, 250 ml su.
- Hazırlama qaydası: toxumların üzərinə soyuq su tökmək, oda qoymaq, qaynama həddinə çatdırmaq və 15 dəqiqə qaynat-maq. Soyutmaq, süzmək.
- Tətbiqetmə: Qabıq verən dəri sahiblərinin yuyunmasında istifadə etmək.
Cökə çiçəyinin həlimi
- Tələb olunur: 1 çay qaşığı cökə çiçəyi, 250 ml su.
- Hazırlama qaydası: xammalın üzərinə su əlavə etmək, zəif oda qoyub, 15 dəqiqə qaynatmaq. Soyutmaq, süzmək.
- Tətbiqetmə: Quru dərini yuyarkən istifadə etmək.
Müalicəvi otların həlimi
- Tələb olunur: eyni miqdarda çobanyastığı, sürvə, cökə çiçəyi, 500 ml su.
- Hazırlama qaydası: 2 xörək qaşığı qatışığın üzərinə qaynar su əlavə edib, qaz plitəsinə qoymaq və zəif odda 15 dəqiqə qaynatmaq. Həlimi soyudub süzmək.
- Tətbiqetmə: Dəriyə elastiklik vermək üçün yuyunmada istifadə etmək.
Nanə həlimi
- Tələb olunur: 1 xörək qaşığı xırdalanmış nanə yarpağı, 200 ml su.
- Hazırlama qaydası: nanənin üzərinə qaynar su töküb yarım saat odda saxlamaq. Süzmək.
- Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.
Qarpız ləti
- Tələb olunur: 1 dilim qarpız.
- Hazırlama qaydası: qabığını kəsmək.
- Tətbiqetmə: Qarpız lətilə üzü silmək.
Sodalı təmizləyici vasitə
- Tələb olunur: 50 qram yulaf lopaları, 1 çay qaşığı soda, süd.
- Hazırlama qaydası: lopalan blenderdə xırdalamaq, soda ilə qarışdırmaq. Qarışığı ilıq südlə xama qatılığmadək durulaşdırmaq.
- Tətbiqetmə: Vasitəni masaj hərəkətlərilə üzə və boyuna sürt-mək. İlıq su ilə yumaq.
Nişastalı su
- Tələb olunur: 1 çay qaşığı nişasta, 1 litr su.
- Hazırlama qaydası: nişastanı 1 xörək qaşığı soyuq suda həll etmək, bir az qaynar su əlavə etmək və qarışdırmaq. Sonra qarışığı qalan ilıq su ilə durulaşdırmaq.
- Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.

0 Yorumlar