Stressin qərar qəbuluna təsiri

Biz hər gün müxtəlif qərarlar qəbul edirik. Qərar qəbul etməmişdən öncə hər kəs necə deyərlər “yüz ölçüb bir biçir”. Qərar qəbulu zamanı insanlar yaşadığı vaxt ərzində qazandığı təcrübəni və eləcə də indi hansı vəziyyətdə olduğunu nəzərə alır.

Aparılan təcrübələrdən müəyyən olunmuşdur ki, stress keçirənlər qərar qəbul etməyə çətinlik çəkirlər. Əsəbləşən insan fikrini bir yerə cəmləyə bilmir. Hər bir şeydən qıcıqlanır. Onlar qərar qəbulu zamanı məntiq və hesablama qabiliyyətlərindən düzgün istifadə edə bilmirlər.

Böyük Britaniyanın Banqora Univeristetinin psixoloqları stressin qərar qəbuluna təsirinə dair kiçik bir təcrübə aparıblar. Bunun üçün onlar stress keçirən insanlar arasında çox sadə bir oyun qrublar. Bu oyuna əsasən insanlar kütlə arasından 2 eyni üz cizgilərinə malik insanı müəyyənləşdirməli idilər. Bu oyunda onlar qalib gələ, uduza və heç-heçə ola bilərdilər.

Nəticə tez məlum olmuşdur. Hər iştirakçı bir-birinə bənzəyən iki iştirakçı seçdilər. Psixoloqlar əvvəllər seçdikləri insanları görüb-görmədikləri haqda soruşdular. Onlar bu sualı eşitdikdə fikirlərini toplayıb dəqiq cavab verə bilmədilər.

Həmçinin tapşırıq zamanı stress keçirən insanlar eyni üz cizgisinə malik olan adamları axtaranda tez-tez fikirləri yayınırdı. Bu tapşırığın nəticələri bir çox İngiltərə jurnallarıında dərc olunmuşdur. Bu psixoloqlar belə nəticəyə gəlmişdilər ki, insanın fikrini yayındıran faktorlar onun qərarqəbuluna öz mənfi təsirini göstərir. Bu təcrübəni sonra həmin insanların üzərində özlərini yaxşı hiss etdikləri zamanı təkrarən aparıblar. Bu zaman onlar insanların bir-birinə bənzəyən üzlərini düzgün müəyyən edə bilmişdilər.

Bu təcrübəni təşkil etmiş psixoloq Ceyn Reymond və Cennifer Obrayen belə bir nəticəyə gəlmişdilər ki, insanda stress zamanı fikir yayındıran faktorlar əmələ gəlir ki, bu da qərarqəbuluna mənfi təsirini göstərir. Insanlar tez-tez həyatında baş verən və müsbət nəticələnən hadisələrin xatırlayır. Bu informasiyalar insanın düzgün qərarqəbuluna təsir edir.

Pis sonluqla nəticələnən hadisələr kölgədə qalır və zaman-zaman unudulur. Buna görə də stress keçirən insana yaşadığı zaman ərzində qarşılaşdığı pis hadisələr mənfi təsir edir.

 

Yorum Gönder

0 Yorumlar