Ayaqlarınız davamlı şişirsə və bundan çox narahat olursunuzsa davamlı olaraq bitki vannalarından istifadə etmək lazımdır. Ayaqlarınızın gözəl görünməsi üçün bəzi şeylərə diqqət etməlisiniz. Ayaq baxımının ən əsas şərti pedikür etməkdir. Pedikür həm ölmüş hüceyrələrin ayaqdan təmizlənməsinə, həm də gözəl və sağlam ayaqların olması üçün şərait yaradır.
Pedikürün köməkliyi ilə ayaqlarda əmələ gələn qabarlardan, dırnaq batmasından, daban çatlarından qurtara bilirik. Pedikürü salonda yerinə yetirə bildiyiniz kimi evdə də yerinə yetirə bilərsiniz. Ancaq bunu evdə edərkən düzgün sıralama aparmaq lazımdır.
Pedikür
İlk dəfə ayaqları ilıq sabunlu suda yarım saat saxlamaq lazımdır. Nəmini aldıqdan sonra ayaq törpüsü ilə ölü dəriləri təmizləyin. Bu prosesi bir neçə dəfə təkrarlayın. Daha sonra dırnaq ətlərinizi törpünün ucuyla geriyə itələyin.
Bir pens və ya bir dırnaq qayçısı ilə dırnaq ətlərinizi kəsə bilərsiniz. Dırnaqlarınızı törpüylə kəsdikdən sonra dırnağın daha da parlaq və istədiyiniz kimi görünməsi üçün xüsusi hazırlanmış törpü ilə dırnağın üzərini törpüləyin.
Daha sonra ayaqlarınızın dərisinin daha da hamar olması üçün xüsusi olaraq hazırlanmış peeling kremindən (nəmləndirici) istifadə etmək lazımdır. Yaxşı-yaxşı ovxaladıqdan sonra yuyun. Dırnaq gücləndirici bir geldən istifadə etdikdən sonra pedikürü tamamlamaq lazımdır.
Canlandırıcı və bəsləyici məsləhətlər
Quruyan, çatlayan və şişən ayaqlar üçün aradabir xüsusi məsləhətlərdən istifadə etmək lazımdır. Ayaqlarınız davamlı olaraq şişirsə tez-tez bitki vannalarından istifadə etmək lazımdır. Bunun üçün bir litrə suda iki ovuc çobanyastığı və bir limonun qabığını qaynadın və soyumağa qoyun.
Su soyuduqdan sonra ayaqlarınızı bu suda yarım saat saxlayın. Şişin azaldığını ayaqlarınızın isə canlandığını hiss edəcəksiniz. Quruyan və qat-qat ayrılan dırnaqlarınızı isə qliserindən istifadə etməklə müalicə edə bilərsiniz.
Bir neçə damcı qliserini bərabər miqdarda limon suyuna qatın. Bu qarışığı hər gün dırnaq-larınıza sürtün. Canlı, parlaq, sağlam dırnaqlar üçün bundan yaxşı məsləhət ola bilməz.
Soyuq parafin
Sağlam, qüsursuz və parlaq ayaqlara qovuşmağın yeni bir yolu. Yumşaq və baxımlı ayaqlar üçün özəl bir məsləhətin adı soyuq parafindir. Əvvəlcə ayaqlara peeling yaxılaraq ölü hüceyrələri təmizləyirik. Sonra isə soyuq parafini ayağımıza çəkirik. Parafin 20 dəqiqə ayağımızda qalır. 20 dəqiqədən sonra parafini silib krem çəkirik. Nəticədə pambıq kimi yumşaq ayaqlara sahib oluruq.
Çatlaqlar
Daha çox quru dərilərin problemi olan çatlar topuq və ayaq dabanlarında olur. Ayaqları yuduqdan sonra silməmək, yalın ayaq gəzmək, yüngül məst geymək və s. vaxt quru ayaqlarla rastlaşırıq.
Hər dəfə ayağı yuduqdan sonra daban daşı (ponzo daşı) ilə yavaş-yavaş ölü dərini təmizləyin. Çatlamış bölgələri içərisində E vitamini və jojoba yağı olan ayaq kremləri ilə gün boyunca tez-tez yağlayın. Çatlaqlar itənə qədər corab və bağlı ayaqqabı geyin.
Qabar
Bütün qışı ayaqlarımız botunların və uzunboğaz çəkmələrin içində qalır. Üstəlik də düzgün ayaqqabı seçmədiyimiz üçün ayaqlarımızın bəzi yerlərində sərtləşmələr əmələ gəlir. Açıq ayaqqabı və məstləri belə qabarlı ayaqlara geymək o qədər də xoş təsir bağışlamır. Əgər qabar çox incitmirsə onu pedikür eləməklə aradan qaldırmaq olar.
Ancaq problem yaradırsa özəl qabar baxımı ilə bu problemdən qurtarmaq olar. Hər dəfə vanna etdikdən sonra krem sürtmək lazımdır. Yumşaq və enlidaban ayaqqabıdan istifadə etmək lazımdır. Apteklərdə satılan kiçik plasterdən və solusyonlardan istifadə etmək lazımdır.
Ayaqlarınızı bəzəyin
Bütün baxımları tamamladıqdan sonra sıra gəldi ayaqları bəzəməyə. Yazda ayaqlar laksız olmaz. Yeni sezonda əsasən qırmızı və bənövşəyi tonlar dəbdədir. Həm də ayaq bəzəmək çox dəbdədir.
Dırnaq küpələri, bəzəmə boyalarından sadəcə bir neçəsi “Frech”(Qabağa ağ xətt üzərinə açıq rəngli lak) isə hər zaman təmiz və baxımlı ayaqlar üçün məsləhət görülür.
Canlı, işıltılı bir bahar
İncə bir rəng, azacıq bir tonlama...
Görünən və görünməyən hissələrdə olan şəffaf və parlaq görün-tülər cildə bahar təravəti verir. Təbiətin oyandığı bahar aylarında siz də təbii gözəlliyinizin üzə çıxmasına icazə verin; əlbəttə bir qədər parıltı və moderin toxunuşlar etməklə...

0 Yorumlar