Gündəmin ən aktual qəribə dostluq trendi - rəfiqə oğurluğu...
Ola bilər ki, sən bu termini əvvəllər eşitməmisən, amma f söhbətin nədən getdiyini anlayacaqsan. Deməli, sən öz iş yoldaşını və ya sadəcə tanışını ən yaxın rəfiqənlə görüşdürürsən və bir də ayılırsan ki, onlar bir-birinə o qədər yaxınlaşıb ki, bu münasibətdə artıq üçüncü nəfər, yəni sənin üçün yer qalmayıb. Bircə bunu anlayırsan ki, onların danışıq mövzuları və söhbətləri sənin ətrafinda baş verir, sənin Facebook dostların bilavasitə sənin köməyin ilə əlaqə saxlayır və zarafatlaşırlar. Bununla belə, sən bu zarafat və söhbətlərdən geri qalırsan.
23 yaşlı Nailə deyir ki, “Mən iş yoldaşım Fəridənin ən yaxın rəfiqəsi Ülkərlə ilk görüşdən dil tapdım. Altı aydan sonra nahar etmək üçün birlikdə dəniz kənarındakı restoranların birinə getdik və Fəridəni dəvət etmədik. Çox qəribə hiss idi. Bu, Fəridə üçün çox gözlənilməz, bizim tərəfdən isə qəddar hərəkət oldu. Hal-hazırda Ülkər və Fəridə iki yad insan kimidir, onları demək olar ki, bir yerdə görən olmur".
Psixoloq Mexedith Fuller izah edir ki, rəfiqə oğurluğu çox yayılmış hadisədir. Bəzi insanlar bunu şüur altı təsirlə, düşünmədən edirlər. Onların təhtəlşüurunda dostlarına qarşı aqressiya və nifrət gizlənir. Başqa bir qrup qadınlar isə bunu qəsdən edirlər. Əsas səbəb kimi isə paxıllıq və həsəd göstərilir. İki insanın oxşar xüsusiyyətlərinə və dostluğuna həsəd aparır və onu dağıtmaq istəyirlər.
Bir dəfə günahkar hər dəfə günahkar?
Bütün münasibətlərdə olduğu kimi, dostluğun da öz yazılmayan qaydaları var və əgər sərhədi keçsən, kiminsə qəlbinə dəymiş olacaqsan. Qadına isə unutmaq hər zaman çətin olur. Fuller bunu belə izah edir: “Bir şeyi yadda saxlamaq lazımdır ki, bizim müxtəlif tip dostlarımız var. Onların bəzilərini hədsiz yaxına buraxırıq, xarakterimizin zəif xüsusiyyətlərini açırıq, olduğumuz kimi davranırıq. Digər dostlarımız isə “tanışlar” səviyyəsində qalır”.
“Monoton dostluqlar insanın, nəinki psixikasına mənfi təsir göstərir, həm də onu darıxdırır və bezdirir. Ona görə də ortaq dostlarım vasitəsilə yeni rəfiqələr tapır və həyatımı daha maraqlı edirəm. Məgər bu eyibdir? Onda ortaq dostlar nəyə lazımdır?”
Rəfiqə Oğurluğuna Məruz Qalma
- Rəfiqələrinlə rahat davran, onları əlində saxlamağa çalışma.
- Başqalarının rəfiqəsini əlindən aldığın üçün özünü günahkar hiss etmə.
- Digər münasibətlər kimi, dostluğun da yeniləndiyini qəbul etməyə çalış.
Sənin bir dostluq təklifin var
Əgər sən yeni dostlar qazan-maq istəyirsənsə, daha doğrusu, kiminsə rəfiqəsini oğurlamaq qərarına gəlmisənsə, bunun üçün ən yaxşı metod sosial şəbəkələrdir. Facebook yeni dostlar qazandırır. Sadəcə, əmin ol ki, yeni tanışlığı sağlam yolla quracaqsan.

0 Yorumlar