Fransız Qadınlarının Cazibə Sirləri

Münasibətlərimiz inkişaf etdikcə, biz ağlımızdan keçən hər şeyi sevgilimizə danışmağa meyil göstəririk. Onlar, hətta aybaşı olduğumuz günləri belə əzbər bilirlər. Lakin onun sənə həmişə sitayiş etməsi üçün bir qədər sirli qalmalısan.

Korin Miller

Birgə yaşamağa başlayanda, ola bilər ki, soyunmazdan əvvəl işıqları söndürürdün və çox güman ki, içəridə olanda həmişə vanna otağının qapısını bağlayırdın.

Bəs indi?


Açmısan sandığı, tökmüsən pambığı. Aranızda gizli heç nə qalmayıb. Mütəxəssislərin bir çoxu hesab edir ki, bir-birinizdən utanmamağınız və sərhədlərin olmaması seks həyatı üçün əladır. Və bu, həzzi ikiqat artırır. Amma “La Seduction: Frarısızlar Həyat Oyununu Necə Oynayır” kitabı iddia edir ki, həddən artıq dürüst olmaq və bütün sirləri açıb-tökmək aranızdakı seksual cazibəyə pis təsir göstərəbilər.

The New York Times-ın Paris müxbiri, hal-hazırda Fransada yaşayan müəllif Elaine Sciolino qeyd edir ki, fransız qadınlarının cazibə anlayışı
bütün digərlərindən fərqlidir: fransızlar inanırlar ki, bəzi məqamların gizli saxlanılması kişilərlə olan münasibətə cəlbedici elementlər əlavə edir. Və Sciolino qeyd edir ki, biz də bu qadın mistikasına sahib olmalıyıq.

Daha Az Daha Çox Deməkdir


Les femmes françaises öz sevgililərinə bəzi sirlərin açılmasına məhdudiyyət qoyurlar və bununla da ehtirası idarə edirlər. Məsələn, əgər ərin hər zaman səni lüt görməyə alışıbsa, nəticədə onun ehtirası zəifləməyə başlayacaq və sənin bədənini əldə etmək üçün paltarlarını parçalamaq barəsində fantaziyalar qurmağa son qoyacaq. “Bir çox fransız qadınları, hər hansı biri ilə hətta uzun müddət münasibətdə olmalarına baxmayaraq, özləri barəsində sirli atmosferi qoruyub-saxlaya bilirlər”, - Sciolino belə deyir.

Beləliklə, duş qəbul etdikdən sonra dəsmala bürün, təzə yuduğun büsthalterini qapı dəstəyi əvəzinə qarderobundan as. Sevgilin alt paltarını sənin cazibədar bədənin və sekslə bağlamalıdır, amma unutma ki, onları yuyulacaq paltar kimi görmək cazibəni azaldır.

Sirli atmosferi qoruyub-saxlamağın digər yolu danışıq zamanı özünü nisbətən təmkinli aparmaqdır. Bəzən bayağı mesaj göndərmək ehtiras oyatsa da (məs., “Səni ya-tağımda görmək istəyirəm”), çox zaman utancaq görünmək daha çox ehtiraslı ola bilər. "Fransız qadınları danışan zaman ədalı olurlar", - Sciolino deyir. Həddən artıq seksuallıq göstərmədən, məzəli yolla sevgilində sənin haqqında hər hansı çılğın fikirlərin yaranması üçün bir mesaj göndər (məs., “Sadəcə bir baxış...” mesajı ilə çılpaq ayaqlarının şəklini). Bu, əvvəlcədən xəyal yaradır və onun səni daha çılğın arzulamasına səbəb olur.

Xırdalıqları Unutma


Sciolino qeyd edir ki, bir çox qadın gözəl alt paltarları və parfüm kimi əlavə seksual vasitələri xüsusi günlər üçün saxlamağa üstünlük verir. Fransız qadınları isə bu cür şeylərdən gündəlik həyatlarında istifadə edirlər. Onlar öz gəlirlərinin 20 faizini alt paltarlarına xərcləyirlər. Cəlbedici alt paltarını geyinməklə, özünü seksual hiss edəcək və daha ehtiraslı davranacaqsan.

Seksual alt paltarları geyinməkdən əlavə müşk ətirlərindən də istifadə et. “Fransız qadınları əmindirlər ki, parfüm insanın şəxsiyyəti barəsində çox şey deyir”, - Sciolino belə düşünür. Gündəlik ətrini seç. Sevgilin bu ehtiraslı ətri beynində səninlə əlaqələndirəcək. Müşk ətirlərində feromon olduğuna görə, belə ətirlər sənin cazibəndən xəbər verir.

Oğurlanmağa dəyən əsas fransız hiyləsinin nə olduğunu bilmək istəyirsən? Sciolino bunu “baxış” adlandırır. Seksual baxış: bir neçə saniyə ərzində gözlərini ona zilləyirsən, kiçik bir təbəssümlə ətrafına baxırsan. Kiminləsə yenicə görüşməyə başlayan zaman bundan istifadə edə bilərsən. Lakin bu, uzunmüddətli münasibət zamanı da güclü üsuldur. Bu üsul arzulamaq, ehtiras yaratmaq və yalnız onunla olmağı xəyal etmək barəsində məlumat verir... Və bu metod onda səni yatağa aparmaq istəyi yaradır. Elə indi.

Yorum Gönder

0 Yorumlar