Yuxular acını unutdururmuş

Mütəxəssislər insanın yuxu görərkən ağrı-acılı xatirələri unutdurduğunu müəyyən ediblər.

Kaliforniya Universitetinin alimləri yuxunun insanda olan ağrını unutdurmasıyla bağlı bir təcrübə həyaya keçirib və nəticələr “Current Biology” jurnalında dərc olunub. Belə ki, sınaq zamanı könüllülərdən iki qrup yaradılıb, onlara üzücü videolar izlətdirilib. Bu zaman isə onların beyinlərinin tomoqrafiyası çəkilib və beyinlərinin hansı hissəsinin fəaliyyətə keçdiyi müşahidə edilib.

Hər iki qrupa eyni görüntülər 12 saatdan sonra təkrar göstərilib və yenə beyin tomoqrafiyası çəkilib.

Gecə yatdıqdan sonra görüntüləri təkrar izləyənlərin beyinlərində hisslərlə bağlı olan hissədəki fəaliyyət digərlərinə nisbətən azalıb, o biri yatmayanlarda isə əksinə olub.

Elm adamları yuxunun stresslə əlaqədar olan noradrenalin hormonunu azaltdığını deyir.

Yorum Gönder

0 Yorumlar