- 12 kartof
- Otaq temperaturunda 6 x.q. kərə yağı
- 3 x.q. zeytun yağı
- 3 diş sarımsaq
- 2 ç.q. duz
- 1 ç.q. istiot
Soba listinə zeytun yağı və sarımsaq çəkin və kənara qoyun. Sonra sarımsağı sürtgəcin kiçik gözündən keçirin, kərə yağı, duz və istiotla qarışdırın. Eyni ölçüdə olan kartofları yuyun, amma qabığını soymayın. Kartofu duzlu suda bir az bişirin. Soyuyandan sonra dilimləyın, amma sona qədər kəsməyin. Yağlayın və 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Faydalı məsləhət
Kartofdan reseptlər ilin hər mövsümündə aktualdır, baxmayaraq ki, kartof yayda yetişir. Qış üçün kartof ehtiyatı saxlamaq əsl ustalıqdır.
- Üzərində yaşıl ləkə olmayan kartof alın.
- Qış üçün alacağınız kartofun üstündə tünd ləkə, dəlik və başqa qüsurlar olmamalıdır. Kartofu bir dilim kəsin, əgər içəridə boşluq varsa, almayın.
- Yetişmiş, qalın və hamar qabıqlı kartof alın.
- Əgər kartof torpaqlıdırsa, deməli onu yağışlı havada yığıblar, belə kartof rütubətli olduğundan tez xarab olacaq.
- Kiçik və orta ölçülü kartofda qida maddələri daha çoxdur.
- Qış üçün iri kartof almayın, 3-4 aydan sonra tərkibində boşluq əmələ gələ bilər.
- Əgər kartofu saxlamağa yeriniz yoxdursa, ondan çox almağa ehtiyac da yoxdur.
- Kartofdan olan yeməklər fayda verməklə yanaşı, zərər də verə bilər. Tərkibində nitrat olan kartofu yoxlamaq üçün onu kəsin, içindən şirə axarsa, bu, zərərli ərzaqdır.

0 Yorumlar