Samiranın ilk Solo Konserti

«Mən gedirəm»


İstedadlı estrada müğənnimiz illərdir hitə çevrilmiş «Mən gedirəm» mahnısına eyniadlı konsert verdi. Samirə ikinci dəfə ana olmağa gedir. Nə qədər ki, vaxt imkan verirdi, o, səhnəyə çıxdı. Caz Mərkəzində baş tutan konsertdə çoxsaylı tamaşaçılar arasında məşhurlar da bol idi:
Tünzalə Ağayeva, Samir Cavadzadə, Sevda Ələkbərzadə, Röya, Gülnarə Xəlilova və başqaları. Bu dəyərli gündə müğənninin yaxınları da ətrafındaydı: həyat yoldaşı, oğlu, qardaşları.

Samirə bütün sevilən mahnılarını canlı və improvizələrlə oxudu. Onu tanınmış musiqiçilər müşayiət edirdi. Samirə kumirləri Uitni Hyuston və Maykl Ceksonu da unutmayıb, onların xatirəsinə mahnılarından ifa etdi. Anşlaqla keçən konsertdə dinləyicilər ifaçını dəfələrlə səhnəyə geri çağırdılar.

Samirəyə gözəl sağlam övlad sahibi olmağı arzulayırıq və bu konsert münasibətilə təbrik edirik.

Yorum Gönder

0 Yorumlar