Jonah Weinder
“Boyük şəhərlərdə iki insanın görüşməsi və bir-birinə aşiq olması maraqlı süjet xəttidir"
Nyu Yorkıın mövsümə uyma yan günəşli və mülayim günlərinin birində Dakota ilə m “SoHo” kafesində səhər yeməyində görüşdük.
Uzaqdan sərt, amma arxayın baxışlarla oturduğumuz masaya baxdı, yaxınlaşıb əlini uzatdı. Salamlaşmaq üçün əlimizi sıxanda özündən nə dərəcədə əmin olduğunu duymaq olardı. Balaca qızımız böyümüş, işinin mütəxəssisinə çevrilmişdi. Əvvəlcədən təyin olunmuş görüşə Dakota on iki santimetr hündürlükdə platforma ayaqqabı ilə gələndə bizdə elə təəssürat yarandı ki, onun boyu düşündüyümüzdən daha uzundur. Nazik sarı saçlarını səliqə ilə “at quyruğu” kimi yığmışdı.
Dakota 18 yaşına fevralın sonunda qədəm qoydu, amma öz yaşıdlarından daha böyük görünür. Bəlkə də bu, cavan yaşına rəğmən, bir il ərzində çəkildiyi filmlərin sayı ilə bağlıdır. Hər filmdən sonra aktrisa bir az da böyüyür. On bir yaşında Tom Cruise ilə “Dünyalar müharibəsi” filmində çəkilən balaca istedada aktyor əsl mütəxəssis kimi yanaşıb, onu qüsursuz davranış mədəniyyətinə sahib, hədsiz istedadlı şəxsiyyət kimi dəyərləndirib.
Özünün yüksək davranış mədəniyyətini bizim də yanımızda nümayiş etdirən aktrisa çox diqqətli və sakit təsir bağışlayırdı. Dəmir iradəsinin bir anlıq sındığını bircə dəfə hiss etdim. Ofisiant qadın stolumuza yaxınlaşıb, “Fluffernutter” adlanan xüsusi menu təklif edəndə Dakota bütün diqqətini ona yönəltdi. Bir az sonra vanilli desert, fıstıq əzməsi, zefir dadan dondurmanm adını eşidəndə gözəl mavi gözləri heyrətdən böyüdü və dodaqlarını azacıq aralayıb “Hə, hə!” deyəcəkmiş kimi, qadına baxdı. Amma elə həmin an əvvəlki sakitliyini bərpa edib, hədsiz mədəni şəkildə: “Sonuncu dəfə burada olanda sizin menudə ispanaqlıomletvaridi...” soruşdu, amma ofisiant qadın elə o dəqiqə həmin omletin olmadığını söylədi. Ona görə də gözəl aktrisaya ikinci seçənək kimi, yağ və siroplu blinçiklərə “Hə” deməkdən başqa heç nə qalmadı.
İlk öncə, aktrisanın fasiləsiz uğurlarının nədən qaynaqlandığını soruşduq. Onun cavabı gözlədiyimizdən daha iddialı oldu: “Uşaqlığımdan istəklərimi və hədəflərimi yaxşı bilirdim. Ona görə də ətrafdakılarda özüm haqqında dolğun təsəvvür yaratmışdım”.
Sağlam Bədəndə “Saglam” Ruh
Dakotanın ilk çıxışı öz doğma Konyers şəhərinin (Corciya ştatı) kiçik teatrında baş tutmuşdu. O zaman aktrisanın cəmi 4 yaşı vardı. Dakota o dövrü belə xatırlayır:
“Mən kamera qarşısında tamamilə rahat idim, sanki doğuluşdan belə çəkilişlərə alışmışdım. Rejissor anama məni daha böyük çəkilişlərə hazırlamağı məsləhət gördü”. 6 yaşında Dakota ailəsi ilə birgə Los-Ancelesə köçdü və məhz burada onun televiziya və film çəkilişləri start götürdü. Çox keçmədi ki, kiçik qızın istedadı daha geniş müzakirə mövzusuna çevrildi. Parlaq karyerasına isə aktrisa Sean Pennlə bir yerdə çəkildiyi “Mən Seməm” filmi ilə başladı. Elə o vaxtdan il ərzində bir neçə filmə çəkilən aktrisa özünü müxtəlif janrlarda sınadı. Özü barədə danışarkən, idmançı ailəsində doğulmasını ən böyük uğuru hesab etdiyini vurğulayır. Sağlam ruhunun və ecazkar gözəlliyinin səbəbini də məhz bununla əlaqələndirir. Atası 80-ci illərin sonundan 90-cı illərin əvvəlinədək kiçik liqada beysbol oyunçusu idi, anası kollecdə tennis ilə məşğul olmuşdu. Ana babası Rick Arrington isə 70-ci illərin əvvəli əfsanəvi “Filadelfiya Qartalları” amerikan futbolu komandasının oyunçusu idi.
Dakotanın bacısı Elle belə hesab edir ki, bacısında heç kimin görə bilmədiyi çox qeyri-adi keyfiyyətlər var. “Onun müşahidə qabiliyyəti hədsiz yüksəkdir. Adicə restorana gedəndə belə yemək sifarişindən sonra, ətraf masalara göz gəzdirməyə başlayır. Evə gələndən sonra isə o, ətrafda oturan hər kəsin nə geyindiyini dəqiqliklə təsvir edə bilər. Bundan əlavə, onun üçün bir insanla iki-üç saat vaxt keçirmək həmin adamı rahatlıqla təqlid edə bilməsinə kifayət edir”. Bu il Dakota daha da qadınsayağı və hissiyyatlı obrazlar canlandıracaq. “Elə İndicə” filmində xərçəng xəstəsi olan və bakirəliyini itirmək istəyən bir qadın rolunu oynayacaq. “Effie” filmində baş rol alan aktrisa xain qadın obrazına hazırlaşır və əlbəttə ki, “Alatoranlıq” filminin ikinci hissəsində (Breaking Down) canlandırdığı “Jane” obrazına davam edəcək.
"Yeganə" olacaq birisinin axtarışında
Dakota, Hollivud ulduzu olmasına baxmayaraq, həyatmı hollivud sayağı yaşamaqla keçirmir. O, digər həmyaşıdları kimi adi məktəbə gedib və onun yaxın dostları da məşhurların ailəsində böyümür. Onun tələbəlik həyatı bu ildən başlayır və Nyu York Universitetində psixologiya üzrə təhsil almağı düşünür. Çəkilişlərdən və təhsilindən vaxt tapan kimi, birinci mənzilinin təmirinə nəzarət edir. Maraqlı məqam ondadır ki, Dakota dekor seçimindən başqa, hər şeyə ciddi
“Həmişə kim olduğumu yaxşı bilmişəm”
yanaşır. Soyuducusu və bütün digər mətbəx ləvazimatları "I Iello Kitty" markasının çəhrayı rənginə bürünüb. Özünün də dediyinə görə, çox güman ki, heç zaman “Hello Kitty” markasına məhəbbəti azalmayacaq.
Təzə evi və yeni dərs ilinin başlanmasından əlavə, Dakotanın sevindiyi daha bir şey var: universitet həyatının ona yeni münasibətlər üçün qapı açması. "Böyük şəhərlərdə iki insanın görüşməsi və bir-birinə aşiq olması maraqlı süjet xəttidir. Mənim bu vaxta qədər yalnız bir oğlan dostum olub, həmin insanla birlikdə məktəbə getmişəm. Ondan başqa, həyatımda heç kim olmayıb. Amma çox maraqlıdır, bəzən insanlar həyat yoldaşlarını məktəbdə olarkən tanıdıqlarını söyləyirlər. Bu, mənə görə, çox qəribədir, hələlik, bunun nə demək olduğunu tam anlamıram. Kiməsə baxıb düşünə bilmirəm ki, bu oğlan mənim qismətimdir... Bu, çox qəribədir”.
Öz keçmişinə nəzər salanda konkret olaraq, kiməsə aşiq olduğunu xatırlaya bilmir. Hərdən kafe və ya restoranda gələcək həyat yoldaşı ilə sehrli bir görüşü təsəvvüründə canlandırır, “sanki təsadüfən nəyisə əlindən salırsan və o tutur...”. Bu təsəvvürlərin ardınca isə tam ayıq şəkildə əlavə edir: “Amma təəssüf ki, belə şeyləri düşünməyə belə vaxt tapa bilmirəm”.
Hələliksə Dakota yaxın dostuyla şam yeməyinə getməyə hazırlaşır.

0 Yorumlar