Bred Pittdən həyat dərsi mən arvadımı necə xilas etdim?

Ancelina bir ara çox pis xəstələnmişdi. Əsəbləri pozulmuşdu, uşaqlarla problemlər, işdə gərginlik şəxsi həyatında uğursuzluğa düçar olduğunu düşünürdü. 16 kq arıqladı, tamam heysiz idi, 36 yaşında cəmi 44 kq çəkisi var idi. Bu, normal deyildi. Yata bilmirdi, səhər oyanan kimi ağlayırdı, hamının üstünə qışqırırdı, heç nəyə sevinmirdi.

Onun necə güldüyünü unutmuşdum. Başı həmişə ağrıyırdı, əsəbləri kürəyinə və qabırğalarının altına vururdu. Ürəyi sancmağa başlamışdı. Səhərə kimi yata bilmirdi, gözlərinin altı torbalanmışdı. Evdəki güzgüləri yığışdırmışdı ki, gündən-günə üzülən simasını görməsin.

Təkliflərdən, filmlərdən imtina edirdi. Məni eşitmək istəmirdi. Bizim birgəliyimiz dərin bir uçurumun kənarında idi. Səbr etdim, artıq ümidim kəsilmişdi, boşanmağımıza az qalmışdı. Əslində, 2 il əvvəl sarı mətbuatda gəzən ayrılıq xəbərləri düz idi. Bir gecə yanımda uzanan arvadıma baxdım. Axı mənə dünyanın ən gözəl, cazibədar qadını nəsib olub.

O, kişilərin gözündə ən ideal qadındır. Onu çoxları arzulayır. Mənə isə hər səhər onun yanında oyanmaq kimi fürsət düşüb. Mən onu itirsəm dünyanın ən axmaq kişisi olardım. Mən hərəkətə keçməliydim. Özümü və onu qaytarmaq üçün... Həmin günün səhərisindən mən arvadımı öpüşlər, komplimentlər, çiçəklər, yatağa gələn qəhvəaltı ilə oyatmağa başladım. Hər gün və axşam ona fərqli sürprizlər hazırladım.

Bir çox işlərimi təxirə salıb, ona görə planlar qurdum. Bütün diqqətimi ona yönəltdim. Tez-tez hədiyyələr aldım, hər yerdə ondan danışdım, onu təriflədim, bütün mövzuları ona yönəltdim.

Yavaş-yavaş onu dostlarımla birgə tədbirlərə çıxartdım, qonaqlıqlara apardım. Hamının yanında ondan yaxşısı olmadığını etiraf etdim. Endji yavaş-yavaş  sanki yuxudan oyandı. Özünə gəldi. İnanmazsız, o, günbəgün çiçək kimi açdı. Əvvəlkindən də yaxşı olmağa başladı. Çəkisi artdı, dərisi düzəldi, özünə baxmağa başladı, əsəbləri getdi və mənə olan məhəbbətini göstərməyə başladı. Ona görə Ancelina Oskar 2012-də öz təravəti və işığı ilə hamını heyran etdi.

Biz təzə evləndiyimiz illərdən də romantik olduq. Bu hadisədən sonra mən bir şeyi anladım: qadın kişinin əksidir. Kişi necədirsə, qadın elə görünür. J Əgər onu dəlicəsinə sevsən, o da ı sevgi dolu olacaq. Sən istədiyin kimi olacaq. Əgər mənim vəziyyətimə düşən kişilər varsa, qoy onlar da bunu sınasınlar.

Yorum Gönder

0 Yorumlar