Arıqlamaq istəyənlərin nəzərinə!

Artıq çəkidən azad olmaq istəyən xanımlar  bəzi qaydalara əməl etməklə istədikləri görkəmə tez bir zamanda çata biləcəklər. Odur ki, diqqətli olun.

  • Səhər yuxudan oyanan kimi ilk işiniz 2 stəkan  otaq temperaturunda olan su içməlisiniz.

  • Gün ərzində isə mütəxəssislər 3 litrə qədər suyun qəbul edilməsini vacib sayırlar. Ağız dadınıza görə suyun içərisinə ya limon yaxud da almaq sirkəsi əlavə edə bilərsiniz.

  • Yemək yeyərkən qəti surətdə su içməyin. Yeməkdən yarım saat əvvəl və bir saat sonra su qəbul edə bilərsiniz.

  • Hazır meyvə şirələrindən və qazlı içkilərdən uzaq durmağınız məsləhət görülür.

  • Şam yeməyini bir az erkən yeyin, gün batınca isə şorbadan başqa heç nə yeməyin.

  • Yaxşı olar ki, ağ undan hazırlanmış çörəklərə üstünlük verməyəsiniz.

  • Hər gün açıq havada ən azı 30 dəqiqə piyada gəzin.

  • Artıq çəkini atdığınız zamanlar, yeməyinizə diqqət yetirdiyiniz vaxtlar süd, pendir, qatıq, yumurta və toyuq ətindən uzaq durun.

  • Və neçə kilo atmaq istəyirsinizsə onu 3-ə vurun. Məsələn. 3 kilo atmaq istəyirsinizsə deməli, 9 gün bu proses davam etməlidir.

Yorum Gönder

0 Yorumlar