Qış aylarında hərəkətsiz bir şəraitdə ortaya çıxan sellülitləri mütəxəssislərin təklif etdiyi üsullarla aradan qaldıra bilərsiniz.
Kələm müalicəsi:
- Hər bir qadının kabusu olan sellülitləri 3 həftə ərzində tətbiq olunan müalicə ilə yox edir.
- Qış mövsümündə yığılan artıq kiloları aradan qaldırır.
- Bədəninizdə yığılan toksinləri azaldır, bağırsaq xərçənginin qarşısını alır.
- Qan dövranını nizamlayır, bədəninizin canlanmasına kömək edir.
Müalicənı təqdim edirik:
- 4 ədəd ağ kələm yarpağını qaynayan 1 litr suya atın və vam odda, ağzı bağlı düz 15 dəqiqə qaynadın.
- Ac və ya tox qarına səhərlər və axşamlar bir stəkan kələm suyu için. Bunu 3 gün təkrar edin.
- 3 gün qəbul etdikdən sonra kələm müalicəsinə 3 gün ara verin və təkrar 3 gün kələm suyunu içməyə davam edin.
- Bu tətbiqdən sonra 21 gün ara verin. 21 gün ara verdikdən sonra yalnız həftədə bir dəfə səhər və axşam ac ya da tox qarına 1 stəkan kələm suyu için.
- Əgər kələm suyu sizin ağız dadınıza uyğun deyilsə onun içərisinə heç bir şey əlavə etməyin.
- 21 günlük müalicə zamanı hər gün yeni kələm suyu hazırlayın.
Qan dövranını tənzimləmək üçün:
- 4 ədəd ağ kələm yarpağını qaynamaqda olan yarım litr suya atın və vam odda 15 dəqiqə qaynadın.
- Birinci həftə səhər və axşam ac yaxud da tox qarına bir stəkan için.
- İkinci və üçüncü həftələrdə günaşırı bunu təkrarlayın.
- Dördüncü həftədən başlayaraq kələm suyunu iki gündən bir qəbul edin.
- Üç ay ara verdikdən sonra eyni müalicəni təkrar edin.

0 Yorumlar