İşləyən qadınlar varlı namizədlər istəmirlər

İngiltərədə bir təşkilat tərəfindən qadınlar arasında aparılmış bir araşdırma zamanı ortaya çıxıb ki, müasir qadınlar 40 il əvvəkli qadınlardan fərqli olaraq zəngin, varlı insanlara ailə qurmağı arzulamırlar.

17-30 yaş arasında olan xanımların qatıldıqları bu araşdırmada, xüsusilə karyera quran xanımların qazancı bir o qədər də çox olmayan əks cinsin nümayəndələri ilə nikaha girmək istəyinin olması məlum olub.

Bu araşdırmanı həyata keçirən qrup əldə edilən məlumatların ikinci dünya müharibəsindən sonra ortaya çıxan “evlilik” statistikalarından tamamilə fərqli olduğunu qeyd edib. O dövrdə qadınlar özlərindən yaşca daha böyük və daha varlı insanlarla evlənməyə meylli olublar.

Yorum Gönder

0 Yorumlar