Bəzən uzun zaman vaxt keçirdiyiniz kişiləri tanımadığınız bir an gəlir. Elə isə hərəkətlərinə diqqət yetirin.
“Zəhərli kişilər” kitabının müəllifi Dr. Lillian Glass birlikdə olduğunuz insanın hansı hərəkətlərinə diqqətlə baxmaqla onu tanımağın ən asan yollarını araşdırıb.
Glassa görə sevgiliniz sizinlə göz təması qurmaqdan çəkinirsə və siz danışarkən gözlərini sizdən yayındırıb ətrafınızda olan xanımlara gülümsəyirsə deməli, o insana bir o qədər də güvənmək olmaz.
Birlikdə olduğunuz sevgiliniz hər zaman sizə toxunur. Mütəxəssisə görə sevdiyi insana toxunmadan dayana bilməyən kişilər özünə bir o qədər də güvənmir. Bu səbəbdən də dayanmadan toxunaraq sizi hər zaman əlində saxlamağa çalışır.
Glassa görə sevdiyiniz oğlan əgər dəvət etmədiyiniz yerlərə gəlirsə, müstəqil etmək istədiyiniz işlərə mütləq müdaxilə edirsə deməli, ailə həyatında da hər zaman ailəni özü idarə etməyə çalışacaq.
Sevgiliniz söylədiyi cümlələrin 80%-ə “Mən” deyərək başlayır? Yolda gedərkən fərqinə belə varmadan sizdən bir neçə addım öndə gedir? Belə vaxtlarda insanı tanımaq daha asandır. Dr. Glassa görə bu tip kişilər fərqində olmadan sizə “Məni izlə” mesajını verir. Bu cür kişilər eqoist olurlar.
Gözünü sizdən bir dəqiqədə olsun ki ayırmır. Bu ilk vaxtlarda romantik bir hərəkət kimi görünə bilər. Amma çox ehtimal ki, sevdiyi xanımı mütəmadi olaraq izləyən kişilər sonda qısqanc hərəkətləri ilə qarşısındakını qıcıqlandıracaq.

0 Yorumlar