Gözəl qadınlar iş tapa bilmirlər

The Economist jurnalında nəşr olunan bir araşdırmada CV-nə fotoşəklini yerləşdirən gözəl qadınların iş tapma şansı onlardan heç də gözəl olmayan qadınlarla müqayisədə daha aşağı olması qeyd edilib.

Isralinin Ben Gurion və Ariel universitetləri tərəfindən həyata keçirilən bir neçə araşdırmalarda da eyni nəticə qeydə alınıb. Belə ki, məlum olub ki, iş təklif edən qurumlara şəkillərini verən qadınların işə qəbul olma şansı şəkil verməyənlərdən daha az olurmuş.

Qeyd edək ki, araşdırma iki min beş yüz qadın üzərində aparılıb. Burada da maraqlı fakt üzə çıxıb. Belə ki, gözəl qadınlardan fərqli olaraq yaraşıqlı kişilərin işə qəbul olma şansı daha böyük olur.

Yorum Gönder

0 Yorumlar