22 iyul - 22 iyul
- Ünsürü - su
- Planeti - Ay
- Hakimiyyət müddəti - 31 gün
- Simvolları - xərçəng, ürək
- Düşərli günü - bazar ertəsi, cümə axşamı
- Düşərsiz günü - çərşənbə axşamı, şənbə
- Uğurlu rəngi - ağ, açıq-mavi, göy, yaşıl
- Uğursuz rəngi - boz Uğurlu daşı - rubin, zümrüd, Ay daşı
- Metalı - gümüş
- Enerji verən çiçəyi - jasmin, bütün ağ çiçəklər
- Uğurlu rəqəmi - 4, 5, 8
- Müxalif bürcü - Oğlaq
- Talismanı - ürək
- Şanslı ölkələri - Türkiyə, Şotlandiya, Prussiya, Hollandiya, Suriya, Afrika, Avstraliya, Sakit okean adaları.
Qısa Xarakteri
Yerə yapışan, köklüyə meyllilik, solğun, dəyirmi sifət, enli alın, açıq şabalıdı saçlar, böyük gözlər, iri döşlər, xırda pəncəli ayaqlar və uzun, qələməbənzər əllər... “Xərçəng”lərin zahiri görkəmindən söz düşəndə ilk növbədə bu amil qabardılır. Bütün dövrlərin münəccimləri bu bürc altında dünyaya gələn adamların ilk növbədə dinpə-rəst olduğunu vurğulayıblar. Qənaətlərə görə, bürclər arasında onlar qədər Axirət dünyasına, Tanrıya inanan yoxdur. Məhz bu inamdan irəli gələrək onlar nə qədər uğursuzluq və faciələrlə rastlaşsalar da, istənilən anda özlərində təmkin tapa bilirlər.
Bir qayda olaraq “xərçəng”lər hündürboy, yaraşıqlı və ağıllı olurlar. Onlar nə qədər eqoist görünsələr də, insanlardan daima qayğı, mərhəmət, bir sözlə, ana doğmalığı umurlar. Belə adamların taleyini xoş təsadüflərlə bəxtlərinin gətirməsi təşkil edir. “Xərçəng”lər hədsiz dərəcədə hissiyyatlı və əyləncə həvəskarı olurlar. Kənardan baxana elə gələ bilər ki, bu bürcün sakinləri qapalı, səriştəsiz və kobuddurlar. Çünki görünən mənzərə məhz deyilənlərlə eynilik təşkil edir. Lakin dərindən bələd olanda onların xoş davranışlarının, mərhəmətinin şahidi olmaq da mümkündür. Müasir dünya astrologiyasının qənaətinə görə, bu işarə altında dünyaya gələn qadınlar uşaqları çox sevir, ailəcanlı-qohumcanlı olur, kişilərsə əksinə, çox vaxt ailədən təcrid olunur, ayağısürüşkənliyə meyl edirlər. Ümumiyyətlə, bu bürcün kişiləri peşəni və pulu hamıdan çox sevirlər. Onları Ay idarə etdiyindən az da olsa, hipnoz etməyi də bacarırlar. Məhz bu faktor həmişə "xərçəngləri diqqət mərkəzində saxlayır, onlara ehtiyac olduğunu büruzə verir. Konkret olaraq məhəbbətə gəlincə, bildirək ki, incəqəlbli “xərçəng” üçün məhəbbətini itirmək çox ağır zərbədir. Belə üzücü hallarda bu romantiklər gözlərini yumur və sevgilisinin qayıtmasını arzulayır. O isə qayıtmaq haqqında heç fikirləşmir də. Belə məqamlarda bir qədər daşürəkli olmaq lazımdır.
Tipik “Xərçəng” çox qapalıdır, onun fikrində emosiya və düşüncə tamdır. Real həyatda baş verən istənilən dəyişiklik, onun daxili dəyişikliyinə səbəb olur ki, bu da öz növbəsində heç də itkisiz ötüşmür. Buna görə də “Xərçəng” özünə aid olan hər şeydən - duyğu və düşüncələrindən, dünyagörüşündən, onu əhatə edən fraqmentlərdən dördəlli yapışır. Bu adam öz-özlüyündə kövrək və emosional, ətraf üçünsə tapmaca və bir növ “qara dəlik”dir. Beləsi qətiyyən ətrafa enerji saçmır.
Ali "xərçənglər" isə dini araşdırmalara, Tanrını mistik baxımdan hiss edib, aramağa meyllidirlər. Onlar mənəvi atalar, dini rəhbərlər və müqəddəslərdir. İnkişaf etmiş “Xərçəng” sizinlə qatarda yol gedən zaman ikicə saat söhbət etməklə ola bilər ki, sizə bütün ömrünüz boyu əzab verən suala cavab tapsın. Bu arada o, özü həm gərəkli informasiya, həm də emosional rahatlıq əldə edir. Bu adam inanılmaz dərəcədə başqasının cavab reaksiyasını hissetmə qabiliyyətinə malikdir, o, çox dərindən qavrayır. İnsan üçün həqiqətən dəbu, çox nadir və qeyri-adi bacarıqdır.
“Xərçəng”lərin cəmiyyətdə nüfuz qazanmalarına mane olan amil onların eqoistliyi, məsuliyyətsizliyi, xasiyyətinin tez-tez dəyiş-məsidir. XIII əsrdə yaşamış ingilis münəccimi Rocer Bekon bu bürcə aid olan kişilər haqqında belə deyirdi: “Onların əksəriyyəti qorxaq və namərddir”. Kişi-“Xərçəng”lərin hiyləgərliyi və emosional dayanıqsızlığı, onların qadınlarla olan münasibətlərinə mənfi təsir göstərir. Adətən bu bürcdən olan qadınlarla ailə həyatı qurmaq üçün kişilər uzun müddət gözləməli olurlar. "Xərçəng" sürücülərsə çox şıltaq olur: qırmızı işığı keçmək, sürəti həddindən çox artırmaq onların adətidir.
Daima hakimiyyət iddiasında olan belələri öz istəklərinə yetişmək üçün daha çox başqalarının köməyinə arxalanırlar. Ümidlərini "ağ atlı oğlana" bağlayan “xərçəng”lər nadir hallarda əzmkarlıq göstərə bilirlər. Onlarda bəzi hiyləgərlikləri də görmək mümkündür. Belə ki, haqqında danışdığımız adamlar riskli iş görərkən məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar. Hər hansı bir işə başlayarkən mütləq özlərinə təcrübəsiz bir fiqur tapan “xərçəng”lər sonradan “paxır açılarsa” bütün səriştəsizliyi “müttəfiqlərinin” üstünə atmaq istəyirlər. Bu amili nəzərə alan oxucularımız sözügedən bürc altında dünyaya gələn adamlarla həddindən ziyadə ehtiyatlı olmalıdılar. Unutmayın ki, “xərçəng”lərin hipnozlu baxışlarından yayınmaq hər adama nəsib olmur.
Orta əsrlərin ərəb münəccimləri qeyd edirdi ki, Xərçəng bürcü altında doğulanlar təkbaşına heç bir müvəffəqiyyətə yetişə bilmirlər. Ona görə də belələrinə mütləq kənardan dəstək vermək lazımdır. Müasir nücum elmi də bu adamlar haqqında ərəblərin göstərdiyi fikirləri təsdiq edir. “Başqalarının dəstəyi olmasa, onlar heç vaxt xoşbəxt olmurlar” - bu fikirlərsə XIX əsrin fransız münəccimlərinə aiddir. Və bütün bunlardan da belə nəticəyə gəlmək olar ki, mühacirət, qürbətdə yaşamaq, tənha qalmaq, türməyə düşmək - haqqında danışdığımız adamların məhvinə səbəb olur.
Xərçəng bürcünün nümayəndələri romantik duyğularla yaşadığı üçün tez sevilirlər. Onları Ay idarə etdiyindən daha çox gecələr fəaliyyət göstərirlər. Ovqatları sabit olmasa da, qismətlərindən qaçsalar da, tez qızışsalar da, hər halda sevilməyi və yaxşılıq etməyi də bacarırlar.
Antik dövrün münəccimləri xərçəngin həm suda, həm də quruda yaşamasından çıxış edərək belə qənaətə gəlirdilər ki, bu bürcün himayəsində olan adamlardan yalnız balıqçılar çıxır. Lakin sonrakı dövrlərdə bu siyahı xeyli artmağa başladı. Belə ki, bu bürcün altında doğulan adamlar zaman-zaman sübut etdilər ki, onlar çox şeyə qadirdilər. Məsələn, haqqında danışdığımız adamlardan yazıçı, dilçi, filosof, tarixçi, pedaqoq, rəssam və bu kimi digər peşə sahibləri də çıxır. Amma bir şey var ki, “xərçəng”lər incəsənət sahəsinə o qədər də meylli olmurlar.
Məşhur “xərçəng”lər:
Ziyad Səmədzadə, Kəmaləddin Heydərov, Mərahim Fərzəlibəyov, Ağakişi Kazımov, Gülnar Salmanova, Rasim İsmayılov, İlham Əsgərov, İlham Namiq Kamal, Aynur Sofiyeva, Adil İsmayılov, Elza Seyidcahan, Nurlan Əzizbəyli, Hüseyn Dərya, Sevinc Musayeva və b.

0 Yorumlar