Əqrəb Bürcü

24 oktyabr - 22 noyabr



  • Ünsürü - su

  • Planeti - Mars, Pluton

  • Hakimiyyət müddəti - 30 gün

  • Simvolları - əqrəb, qartal, ölüm işarəsi, piramida

  • Düşərli günü - çərşənbə axşamı

  • Düşərsiz günü - bazar ertəsi, cümə

  • Uğurlu rəngi - sarı, tünd-qırmızı, al, moruğu

  • Uğursuz rəngi - boz

  • Metalı - dəmir, polad

  • Uğurlu daşı - akvamarin, rubin, Ay bülluru, topaz

  • Enerji verən çiçəyi - qərənfil, pion, xirozentema

  • Uğurlu rəqəmi - 4, 5, 8, 9, 10, 666

  • Müxalif bürcü - Buğa

  • Talismanı - əqrəb, ölüm işarəsi

  • Şanslı ölkələri - Almaniyanın Bavariya və Saksoniya hissəsi, Norveç, Əlcəzair, İsveç, Mərakeş, Seylon.


Qısa Xarakteri


Haqqında söhbət açdığımız bu Zodiak işarəsi altında dünyaya gələn adamlar öz xüsusiyyətlərinə görə, iki sinfə bölünürlər: mistiklər və materialistlər. Birincilər hər şeyi ilahiyyatla bağlayırlar. İkincilər isə əsasən, fağır və sakit görünsələr də, öz məqsədləri uğrunda hər şeyə gedirlər. Hətta onlar süst və sıxıntı içində yaşasalar da, özlərinin şəxsi maraqları xatirinə buna dözürlər. Əqrəblər daim narahatlıq hissi keçirən adamlardır. Bu işarə altında dünyaya gələnlər çatışmaz hərəkətlərini, o cümlədən hiyləgərliklərini çox ustalıqla gizlədə bilirlər. Onların nə istədiyini, hansı addımı atacaqlarını özləri deməsə, təyin etmək çətin olur. Yəqin elə bu səbəbdən də orta əsrlərdə əqrəbləri “əsl sifətini maska altında gizlədən adam” adlandırırdılar.

Əqrəb bürcündə doğulanlar ətraflarında baş verən hadisələrdən tez nəticə çıxarır və özləri üçün ölçü götürməyi ustalıqla bacarırlar. Belələri ətrafda baş verən hadisələri taraz saxlamağa çalışan, xaraktercə qapalı və küskün adamlardır. Onların psixoloji dəyanəti və bol enerjisi imkan verir ki, dağı dağ üstünə qoysunlar. Buna baxmayaraq, əqrəblərin çatışmazlaqları da kifayət qədərdir. Belə ki, onların məsuliyyətsiz addımları ucbatından nəinki özləri, hətta ətrafındakılar da zaman-zaman əziyyət çəkirlər. Hisslərə qarşı həssas olan bu adamlara qarşı xəyanət olunarsa, stressdən ölə də bilərlər. Onların yaddaşı yalnız 30-35 yaşa qədər normal olur. Sonrakı dövrlərdəsə bəzən yarım saat əvvəl gördükləri işlər də yadlarından çıxır. Bu zodiakın xarakteri çox zəngindir. Belə ki, belələrində yüksək enerji, diribaşlıq, güc və diqqəti cəlb etmək bacarığı var. Amma onların amansızlığı, tünd məcazlığı və bir qədər kobudluğu da olur.

Müasir astrologiyada bu adamların mənfi xüsusiyyətləri geniş şəkildə izah olunur. Qeyd olunur ki, öz ambisiyalarına nail olmaq üçün həmişə vəzifəyə can atan Əqrəblərlə daimi ünsiyyət qurmaq-dan çəkinmək lazımdır. Çünki hücum üçün onların silahları həmişə hazır vəziyyətdə olur. Zahiri görünüşdən çox cəlbedici, gözəl olmalarına baxmayaraq, qadın-Əqrəblər əsl cadugər olurlar. Onlar ağla-sığmaz, qeyri-adi hərəkətlər törətməkdə mahirdirlər. Əgər avtomobil sürücüsü yolu keçən qoca piyadanı vurubsa, siz əmin ola bilərsiniz ki, bu sürücü Əqrəb bürcündədir. Əgər siz belələrinin rəhbərliyi altında işləyirsinizsə, yaxşı yaşamaq üçün sizin üç çıxış yolunuz var:

  • onu sadəcə zəhərləyib öldürmək;

  • ondan yuxarı orqanlara şikayət etmək və onun vəzifədən uzaqlaşdırılmasına nail olmaq;

  • sadəcə iş yerini dəyişmək.


Üçüncü variant daha məqsədəuyğundur. Əqrəblər özlərindən başqa heç kəsə inanmır, mühüm işlərin həllində kənardan kiminsə kömək edəcəyinə bel bağlamırlar. Heç vaxt cəfəng şeylərə baş qoşmur, boş xülyalarla yaşamırlar. Əgər övladlarınızdan bu bürcdə doğulanı varsa, onların müstəqilliyinə mane olmayın. Onsuz da onları öz yollarından döndərə bilməyəcəksiniz. Yüz illərin təcrübəsi göstərir ki, Əqrəblərin bədbəxt olmasının əsas səbəbkarı məhz onların valideynləri olur. Bu səbəbdən də bəri başdan ciddi ölçü götürməyə dəyər.

Magiyada ən yaxın ünsür Su, ən yaxın bürcsə Əqrəbdir. Onlar elə doğulduqları andan özlərində böyük magik enerji daşıyırlar. Buna görə də bu bürcün sakinləri öz enerjilərindən istifadə etməyi öyrənməlidirlər. Əks halda, ətraf mühit üçün böyük təhlükə törədə bilərlər. Əqrəblər öz düşmənlərinə qarşı cadu, tilsim etməkdən çəkinməlidirlər. Onsuz da fövqəltəbii üsullarla onlara zərər yetirmək istəyən insanların bütün cəhədləri boşa çıxa, bəzən hətta özlərinə qarşı yönələ bilər. Magiyada Əqrəblər o qədər güclüdürlər ki, onlara qarşı ehtiyatlı olmaq məsləhət görülür. Bundan başqa, onlar çox seksual və cəlbedici olur, öz ehtirasları ilə hər bir istəyə çatırlar. Lakin onlar öz bacarıqlarından çox istifadə etməli deyillər. Ümumiyyətlə, barəsində danışdığımız şəxslər peyğəmbərlik etməyi xoşlayırlar, lakin onların heç də hər məsləhətinə əməl etmək lazım deyil.

Antik dövrün münəccimləri Əqrəbləri üç qismə bölürdülər: özünü sancan; həm özünü, həm başqasını sancan; yalnız başqalarını sancan. Yaşadığımız Azərbaycan adlı məmləkətin Əqrəb sakinləri onlardan ikinci qismi daha çox təşkil edirlər. Onlar öz müsahiblərinin zəif yerini asanlıqla tutduqları üçün bəzən ciddi düşmənlər də qazanırlar.

Əqrəblərin bioenergetik sahəsi də digər bürclərdən kəskin surətdə fərqlənir. Qoçda baş, Şirdə ürək, Balıqlarda ayaq nahiyəsi olduğu halda, haqqında danışdığımız bürcdə həmin orqan yumurtalıqlara və cinsiyyət üzvlərinə düşür. Bu, daha çox ehtiras simvolu olan Marsın himayəçilik etməsilə bağlıdır.

Əqrəblər hələ kiçik yaşlarından idmana, xüsusən də güləşə və yüngül atletikaya meylli olurlar. Amma bu sahədə şöhrət zirvəsinə nadir hallarda yetişirlər. Çünki ailə qayğıları, şəxsi problemləri həmişə onların arzularına sipər çəkir. Onlar fiziki cəhətdən güclü olduqlarından qan-damar sisteminin fəaliyyəti qənaətbəxş olur. Amma idmandan əl çəkən kimi orqanizmlərində - əsasən də böyrəklə-rində kəskin duzlaşma yaranır, sidik ifrazatında çətinlik çəkirlər.

Əqrəb bürcündən olan adamlar əksər hallarda balaca boya, cəldliyə və qaynayan gözlərə malik olurlar. Belələri heç vaxt yanılmırlar. Hətta dilucu və ya yersiz sözlərini də hansı məqsədlə dediklərini yaxşı bilirlər. Onları aldatmaq çətin və sadəcə olaraq mümkün deyil. Əgər Əqrəb müsahibinizə yalan satıb ürəyinizdə “aldatdım” deyə düşünürsünüzsə, yanılırsınız. Çünki belə adamlar üzdə sizə inanan kimi görünsələr də, əslində yalan danışdığınızı sizdən də yaxşı bilirlər. Yəqin ki, “çoxbilmişlikdən balaca qalıb” qədim el məsəlini də məhz Əqrəb işarəsi altında doğulanlara şamil ediblər.

Əqrəb bürcü altında doğulan adamlar heç də yola saldığımız Tərəzilər kimi ən müxtəlif sahələrdə çalışmağı bacarmırlar. Amma onlarda bir müsbət keyfiyyət var ki, əgər fikirlərinə bir şey salıblarsa, mütləq axıra qədər gedirlər. Məsələn, əgər onlar həkim olmaq istəyirlərsə, nə valideynləri, nə dostları, nə də yaşadıqları mühit bu yolda sədd ola bilməz.

Orta əsrlərdə Əqrəblərə diaqnostika həkimi, cərrah, müəllim, məhkəmə işçisi olmağı məsləhət görürdülər. Amma yuxarıda dediyimiz kimi, bu adamlardan idmançı olmaqla yanaşı, sərkərdə, fəal mafiya üzvü, detektiv, psixoloq, siyasi xadim və başqa peşə sahibləri də yetişir.
Məşhur "Əqrəb"lər:

Qabil Hüseynli, Seyfulla Mustafavev, Mir Şahin Ağayev, Əbülfəs Qaravev, Sənubər İsgəndərova, Elmira Şabanova, Zərnigar Atakişiyeva, Lalə-Şövkət Hacıyeva, Atabala Səfərov, Rəşidə Behbudova, Mələkxanım Əvvubova, Hacı İlqar İbrahimoğlu, Əli Əmirli, Məmməd İsmayıl, İlahə Qədimova, Namiq Qəraçuxurlu, Siyavuş Kərimi, Nəsibə Abdullaveva, Azər Rəşidoğlu, Rauf Talışınski, Zirəddin Rzayev, Nemət Pənahlı, Dinarə Gimatova, Ruhəngiz Allahverdiyeva, Azəri qızı Günel və b.

Yorum Gönder

0 Yorumlar