Sadəcə olaraq istənilən hər hansı bir dəyişikliyin reallaşması, həyata keçməsi bir az çətin məsələdir. Yox əgər, nələrsə baş verib sizin həyatınız dəyişərsə bu bir o qədər də xoş olmayan təsir bağışlaya bilər. Məsələn, tez bir zamanda arıqlayıb artıq çəkini itirmək istəyirsinizsə və qəflətən, möhkəm xəstələnirsiniz, bu cür artıq çəkidən azad olmaq heç ürəyinizcə olmayacaq. Həyatımızda baş verən bütün dəyişikliklərə özümüz məsuliyyət daşıyırıq. Unutmayaq ki, bu günə qədər də, bir sıra müsbət və mənfi dəyişikliklərlə qarşılaşmışıq.
Dəyişmək istədiyiniz nə varsa həyatınızda ilk olaraq yalnız onu beyninizdə dəyişdirməyə başlayın. Nəyi dəyişdirmək istədiyiniz deyil, onun yerinə nə qoymaqdır istəyiniz, əsas olan isə məqsədə nail olmaqdır. Artıq çəki misalına davam etsək, sağlam formada arqlamaq önəmlidir, nəinki ümumiyyətlə yemək az yemək, yaxud da heç yeməmək. Əgər bir şeydən azad olmaq istəyirsinizsə mütləq fikrinizi oraya yönəldin.
Dəyişmə nəticəsində əldə etmək istədiyiniz sizin hədəfinizdir. Əgər bu həfənizi dəqiqləşdirmisinizsə o zaman özünüzə aşağıdakı sualları verə bilərsiniz.
- Hara doğru irəliləyirəm? (istəyimə gedən yolda özümü necə hiss edirəm)
- Bu dəyişikliyi niyə istəyirəm?
- Məqsədimə necə çatacam?
- Əgər qərar verdiyim bu yolda hansısa problemlə üzləşərəmsə nə edəcəyimi bilirəmmi?
Bu suallar ətrafında götür-qoy etdinizsə artıq yola çıxıb başlaya bilərsiniz. Indi özünüzə kifayət qədər vaxt ayırmalısınız.
Sevgiylə və sağlamlıqla irəliləyin hər zaman!

0 Yorumlar