Hər hansı ulduz ailə quracağı barədə xəbər yayanda ilk olaraq onun nişan üzüyündəki brilyantın ölçüsü ilə maraqlanırlar. Aysel Hollivudun 10 ən məşhur üzüyündən yazır.
Paris Hilton
Parisə evlənmə təklifini onun kimi varlı ailədən olan yunan əsilli Paris Latsis etdi. O, 24 karatlıq üzük bağışladı. Sonradan Paris üzüyün həddindən artıq ağır olmasından şikayətlənməyə başladı. Yarım ildən sonra cütlük ayrıldı, üzük isə auksionda 4,7 milyon dollara satıldı. Paris pulları Katrin qasırğasından zərər çəkən ailələrə bağışladı.
Canet Cekson
O, Cermani Düpre ilə nişanlanandan sonra 20 karatlıq üzük taxırdı. Onlar 5 il nişanlı qaldılar. Bu illər Canet üzüyü ilə acıq verirdi. Canet onu indi də taxır, amma başqa əlinə. Çünki cütlük rəsmi nikaha daxil olmayıb.
Anna Kurnikova
Onu dəyəri 6 milyon dollar olan üzüklə çəkmişdilər. Anna üzüyü Enrike İqlesiasın bağışladığını inkar edirdi, elə Enrike də. Onların evlənmə xəbəri boşanma xəbərləri ilə birgə yayıldı.
Beyons
Beyons Jay-Z tərəfindən 18 karatlıq üzüyə layiq görüldü. Onların nişanı bir neçə ay çəkdi ki, bu da toya hazırlıq dövrü idi. Evlənmə işini isə uzatmadılar. Üzük reperə 5 milyon dollara başa gəldi.
Meray Keri
Hər şeyi olan qadına nə vermək olar?! Nik Kennon sevgilisinə dəyəri 2 milyon dollar olan 15 karatlıq üzük bağışladı. Amma şayiələr gəzirdi ki, o bu üzüyü keçmiş sevgilisindən geri alıb.
Ketrin Zeta-Cons
Maykl Duqlas sevgilisinə 2 milyon dollar dəyəri olan 10 karatlıq brilyant üzük hədiyyə edib. Cütlük artıq 10 ildir ki, bərabərdir.
Haydi Klum
Məşhur model sevgilisi Sil tərəfindən 150 min dollar dəyərində olan 10 karatlıq sarı qaşlı üzük hədiyyə alıb.

0 Yorumlar