Kartoflu çiy küftə

Şanlıurfa yörəsinə aid bir yiyəcək olan Çiy küftənin tarixdə ilk dəfə İbrahim peyğəmbərin anasının, qıtlıq zamanında bulqur və ceyran ətini daşla döyərək hazırladığına inanılır. Təbii ki, bu bir ehtimaldır. Əsl çiy küftə çiy ətdən və bulqurdan hazırlanır. Çox ədvalı, çox acı və inanılmaz ləzzətli yeməkdir.

Ətin biş-məsi üçün saatlarla ədva və bulqurla ustalar tərəfindən da-yanmadan, fasilə verilmədən yoğrularaq hazırlanır. 24 saat içində sona çatmalıdır. Müasir türk mətbəxində ətin yerinə-kartof, bulqur, ceviz, fıstıq qoyaraq yalançı çiy küftə hazırlayırlar. Bu təriflərdən birini sizlərlə paylaşıram.

6 nəfərlik Bişmə müddəti 20-25 dəqiqə

İçindəkilər

  • 4 ədəd orta ölçülü kartof

  • 2 stəkan incə bulqur

  • 1 stəkan ilıq su

  • 4 ədəd orta ölçülü pomidor

  • 1 xörək qaşığı bibər tomatı

  • 1 xörək qaşığı tomat

  • 1 çay qaşığı qırmızı pul bibər

  • yarım çay qaşığı duz

  • qara bibər

  • 1 dəstə cəfəri

  • 1 ədəd yaşıl

  • 1 dəstə kahı


Hazırlanması:

Kartofları yaxşıca yuyub, soymadan ortadan ikiyə böldük-dən sonra qazana yerləşdirin. Üzərini keçəcək qədər su qoyub, bir çay qaşığı duz əlavə edərək yumşalana qədər qaynadın. Bişən kartofları soyun.

Başqa bir tərəfdə bulquru geniş bir qaba tökün, üzərinə bir stəkan ilıq su, pomidorların qabıqlarını soyaraq incə doğrayın və bunu da bulqurun üzərinə əlavə edərək bulqurun islanması üçün 15 dəqiqə gözləyin.

Bu arada isti halda kartofları da sürtgəcdən keçirin və bulqura əlavə edin. Qarışığı 5-6 dəqiqə basdıra-basdıra yoğurduqdan sonra tomatı da əlavə edib 10 dəqiqə daha yoğurun. Pul bibər, qara bibər, səpib 5 dəqiqə daha yoğurun.

Cəfəri və soğanı təmizləyib incə-incə qıyın. Kahı yarpaqlarını da gövdəsindən ayırın və yuyun. Yaxşıca yumşalan bulqur qarışığından ovuc içi böyüklükdə alıb əlinizin içində sıxaraq şəkil verin. Əlinizi sıx-sıx soyuq suya batırın ki, bulqurlar barmaqlarınıza yapışmasın.

Ovucunuzda sıxaraq şəkil verdiyiniz çiy küftələri kahı yarpaqları qoyulmuş servis tabağına sırayla düzün. İncə doğradığınız yaşıllıqları da küftələrin üzərinə səpin və servis edin.

Yorum Gönder

0 Yorumlar