Uşağın cinsini nə vaxt öyrənmək olar

Artıq uşağın cinsini hamiləliyin ən birinci həftələrində öyrənmək olar.

Yeni test qan analizi əsasında qurulub və hamiləliyin yeddinci həftəsində artıq istifadə edilə bilər. Hal-hazırda bir qayda olaraq uşağın cinsiyyəti 20-ci həftədə müəyyən olunur.

Test ananın qanında kişi Y-xromosomunu axtarır. Əgər Y-xromosom aşkar olunursa, onda gələcək övladınızın oğlan olacağından əmin ola bilərsiz. Bu testdən artıq ABŞ, İsrail və bəzi avropa ölkələrində istifadə olunur.

Lakin həkimlər tərəddüd içindədirlər. Beləki gələcək uşağın cinsiyyətini belə tez müəyyənləşdirmək imkanı, hamiləliyi dayandırmaq kimi halları artıra bilər. Ən çox belə hallar Afrika və Asiya ölkələrində baş verə bilər ki, burada ailələr ən çox oğlan övladına üstünlük verirlər.

Yorum Gönder

0 Yorumlar