Braziliya araştırmacılarının məlumatlarına görə, bir çox dodaq boyaları dişə zərər gətirə bilərlər.
Alimlər dünyanın 10 ən məşhur firmalarının dodaq boyalarını araşdıraraq, onların tərkibində parafin aşkar ediblər. Bu maddənin dodaq boyalarında az miqdarda olmasına baxmayaraq, gündəlik istifadə nəticəsində, boya diş üzərinə düşərək, kariyesin yaranmasına səbəb ola bilər.
Parafin diş üzərinə düşdükdə, mikroçatlar yaradır ki, bunun nəticəsində kariyes inkişaf etməyə başlayır.

0 Yorumlar