Xoşbəxtliyin sirlərini maddələr halında bir araya gətirən Dr.Yavaş ,ailələrin buna tətbiqə işini tövsiyə etdi. Dr.Yavaş ,həyatı “havaya atılan beş topa bənzədərək, bunalrı iş, sevgi, sağlamlıq, dostluq və mənlik olaraq sıraladı. Bunlar arasında yalnız “rezin bir top” olduğunu söyləyən Yavaş ,bunları dilə gətirdi. ”Bu top ,düşməsi halında təkrar qalxa bilər ,ancaq digər dördü şüşədən edildiyi üçün hər an qırıla bilər. Həyatımızı bu şüurla istiqamətləndirməliyik”
- Yoldaşınıza sevdiyinizi söyləməkdən çəkinməyin
- Yoldaşlar, sevgilərini hər vasitə ilə bir birilərinə ifadə etməli.
- İncidici tənqidlərdən vasvasılıqla çəkinməli və bağışlayıcı olmalı.
- Müzakirəni çıxdığı nöqtədə tutmalı, yəni köhnə mövzunu xatırlamamalı, daha sonra səhvlidirsə üzr istəmənin bir də fəzilət olduğunu unutmamalıdır.
Keçmiş təcrübə və xatirələrdən danışmamalı.
Həddindən artıq idealist olmamalı və qarşı tərəfdən möcüzələr gözlənilməməli.
Yoldaşına güvən artırılmalı.
Xoşbəxt ola bilmək üçün yaxşı bir yoldaşla evlənmiş olmaq kifayət deyil, adamın özünün də münasib bir yoldaş olması lazımdır. Adam özü istədiyi şeyləri həyat yoldaşı üçün də istəməlidir.
İnsan eqoist olmamalıdır.
Mənfiliklərdə dərhal qarşı tərəfi günahlandırmamalı, mövzulara insafla baxılmalı.
İsraf xoşbəxtliyi pozar
Tək bu günü düşünmək səhv olar, sabahı düşünüb yaşamaq sizin xeyrinizə olacaq.
Yaralayıcı sözlərdən çəkinməli
Yersiz və əsassız qısqanclıq, şübhələrdən uzaq dayanmalı, zənn etmələrə görə hərəkət etməməli.
Yaxın qohum müdaxiləsinə fürsət verməməli
Evinizin sirlərini kimsəyə verməyin.
Gördüyünüz səhvləri düzəltməkdə tələsikçi olmayın
Evliliyin məsuliyyətlərini könül xoşluğuyla qəbul edib, tam bir özünə inamla boynunuza götürün. Yoldaşınızla müştərək işlər etməyə vaxt ayırın ki irəlidə sizin üçün xoşbəxt xatirələr qalsın və bir-birinizə daha çox yaxınlaşdırsın. Yoldaşınıza, özünü ifadə etmə və qabiliyyətlərini inkişaf etdirmə fürsəti tanıyın. Bəzi istiqamətlərini lağ etməyin.
Müşavirə, ailə həyatında əhəmiyyətli bir prinsipdir
Problemdən qaçmaq, evi tərk etmək yerinə sakit başla düşünüb həll tapılmalı.
Müzakirə əsnasında insan yoldaşının gözəl istiqamətlərini və yaxşılıqlarını da xatırlamağa çalışmalı.
Hədiyyə edin ki sevginiz artsın, bu xoşbəxtlik və sevinc hər vəsiləylə adətiniz olsun
Biz hamımız xoşbəxt olmağa layiqiik
Nigar Cəfərova (LoLiSaFoNe)

0 Yorumlar