Gəlinliyi necə seçək?

Gəlinliyin seçimi zamanı bir neçə ümumi məqamlar var ki, gəlinlər buna mütləq diqqət yetirməlidirlər.

İlk əvvəl paltarın modeli haqqında qərar vermək lazımdır. Unutmayın ki, sizin paltar orijinallığı ilə digər ziyafətdə olan paltarlardan fərqli olmalıdır.

Əgər toy proqramına məsçiddə kəbin kəsilməsi daxildirsə, paltarın dekoltesini dərin götürməyin ki, məsçiddə özünüzü narahat hiss etməyəsiniz.

Gəlinlik salonlarının siyahısını tutun. Burada siz yaxınlarınızın məsləhətlərini və öz istəklərinizi əlbətdəki nəzərə almalısınız. Salonlara əvvəlcədən zəng də edə bilərsiz. Bu sizə hansı endirimlərin orada olmasını, həmçinin qiymətlər haqqında tam məlumatın alınmasına köməkçi olar. Bunları öyrəndikdən sonra siz keyfiyyətli və gözəl paltarı ucuz qiymətə də tapa bilərsiniz.

Gəlinliyin seçimi üçün özünüzə gün ayırın, beləki həmin gün heç bir digər problem sizi narahat etməməlidir.

Əgər hansısa bir modeli jurnallarda və ya internetdə görüb bəyənmisiniz isə, jurnalları və ya internetdən çap edilmiş şəkilləri özünüz ilə aparın ki, salonda sizə ancaq oxşar paltarları təqdim etsinlər. Digər sizə maraqlı olmayan paltarlar ilə zaman itkisini aradan qaldırmış olarsınız.

Toy ayaqqabınızı, yada həmin ayyaqabının daban hündürlüyündə olan ayaqqabınızı paltar seçərkən geyinin ki, donun uzunluğunu dəqiq seçə biləsiniz.

Gəlinliyin seçimi günü çoxlu paltar geyinib soyunacağınız bəllidir, bu səbəbdən həmin gün kosmetikadan az istifadə edin ki, paltarları ləkələmiyəsiniz. Bəzi salonlarda makiyajınızın silinməsini də tələb edə bilərlər.

Paltar ilə gəzin, oturun, güzgü önündə rəqs edin ki, onun nə dərəcədə rahat olduğunu biləsiniz.

Gəlinlik seçiminə öz doğmalarınızı və ya dostlarinizi aparın ki, qıraqdan baxıb, sizin necə göründüyünüz barədə fikir desinlər.

Satıcıların “paltar tam gözəl durur” fikirlərinə aldanmayın. Öz gördüyünüzə və hiss etdiyinizə güvənin ki, ən mükəmməl gəlinlik sizin olsun.

Yorum Gönder

0 Yorumlar