Təmizlənmək istəyirsiz?

Daxili orqanların zərərli maddələrdən təmizlənməsi

Qaraciyər üçün:

  • Yarım stəkan duzlu kələmin suyu və yarım stəkan təzə sıxılmış pomidor şirəsi götürülüb, qarışdırılır. Hər gün 3 dəfə yeməkdən sonra qəbul edin.

  • Təzə tərəvəzlərdən (yerkökü 20 qr, cəfəri 60 qr, kərəviz 150 qr) salat hazırlayıb, yeməkdən sonra gündə 3 dəfə yeyin.


Böyrəklər üçün:

  • Hər gün qarağat yarpaqlarının şirəsini içmək məsləhətdir. Bunun üçün 3 xörək qaşığı qarağat yarpağını yarım litr suda 15-20 dəqiqə saxlayın. Sonra yarpaqları sıxıb, atın. Şirəni qaynadın, sonra onun içinə 2 xörək qaşığı təzə qarağat meyvəsi əlavə edin. Çökənə qədər gözləyin. Hər dəfə yeməkdən əvvəl yarım stəkan için.

  • Bərabər miqdarda kətan, boranı və dazıotu toxumlarını 1 xörək qaşığı çobanyastığı ilə qarışdırıb, yarım litr suda 30-40 dəqiqə buğa verib, süzün. Alınmış məhlulu 4 hissəyə bölüb, 5 gün ərzində yeməkdən 1 saat əvvəl için.


Öd kisəsi üçün:

  • 2 xörək qaşığı solmazçiçəyini emallı qaba yığıb, üzərinə 1 stəkan qaynanmış su töküb, ağzını bağlayın və 30 dəqiqə silkəyərək buğa verin. Sonra soyudub süzün, üzərinə stəkan dolana kimi qaynanmış su əlavə edin. Bu məhlulu 2 həftə ərzində yeməkdən 15-20 dəqiqə əvvəl 1/3 stəkan həcmində qəbul edin.


Onurğa sütunu üçün:

  • 5 qr dəfnə yarpağının üzərinə 300 qr su töküb, 5 dəqiqə qaynadın. 2 saat saxlayıb süzün və 12 saat ərzində ardıcıl kiçik udumlarla qəbul edin. Bir həftədən sonra yenidən təkrarlayın. Bunu ildə 4 dəfədən artıq eləmək olmaz.


Heydər Rzayev

Yorum Gönder

0 Yorumlar